Ukrayna qüvvələri “Vaqner” qrupunu belə məhv etdi 

İyunun 26-da Ukraynanın xüsusi əməliyyat qüvvələrinin “Lukas” qrupu pusqu quraraq Rusiyanın “Vaqner” silahlı qruplaşmasının 5 muzdlusunu məhv edib.

Bu barədə tanınmış ukraynalı hərbi bloqer Yuri Butusov “Facebook”da paylaşım edib.

Onun yazdığına görə, ukraynalı qrup qəfil hücum edərək düşmənin arxasına keçib və BTR-82A döyüş maşınını, onların silahlarını və məxfi sənədləri ələ keçirib.

Məlum olub ki, qrupa komandirlik edən şəxs 1996-cı il təvəllüdlü Sverdovsk rayonunun İrbit şəhər sakini Danil Levanoviç Dopuadır.


Hamısını Göstər

Related Articles

Back to top button