Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Xarici İşlər Nazirliyi Donbasın Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin “müstəqilliyi”nin tanınması ilə əlaqədar Suriya ilə diplomatik münasibətləri kəsdiyini elan edib.

Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN Suriya Ərəb Respublikasının Donbasın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin “müstəqilliyi”ni tanımaq qərarını qətiyyətlə pisləyib.

“Mövqeyimiz aydındır – biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirəcək istənilən cəhdlərə sərt reaksiya verməklə yanaşı, milli maraqlarımızı eyni zamanda diplomatik cəbhədə də bütün mümkün vasitələrlə müdafiə edirik”, – deyə Ukrayna xarici işlər naziri Dmitri Kuleba qeyd edib.

Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi prosedurlarına da başlayacağını açıqlayıb.

Xatırladaq ki, iyunun 29-da Suriya “LXR”in “müstəqilliyi”ni tanıyıb. Suriya Xarici İşlər Nazirliyi isə  yaxın vaxtlarda qondarma respublikalarla diplomatik əlaqələr quracaqlarını açıqlamışdı.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button