Ukraynada yaşayan soydaşlarımızın Türkiyəyə yardımı davam edir

Ukraynada yaşayan soydaşlarımız, diaspor fəallarımız dağıdıcı zəlzələdən sonra qardaş Türkiyəyə yardımlarını davam etdirirlər.

Polise.az xəbər verir ki, soydaşlarımız çətin həyat şərtlərinə baxmayaraq, zəlzələ fəlakəti yaşayan qardaş Türkiyə xalqına dəstəyini əsirgəmir. Diaspor fəalı, “Güclü Azərbaycan” İctimai Birliyinin sədri Azər Əliyev bu məqsədlə Türkiyə səfirliyində olub, şəxsi təşəbbüsü ilə 3 ədəd generator bağışlayıb.

Həmin generatorlar Kahramanmaraşdakı çadır şəhərciyinə göndəriləcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button