Ukraynalı general: Krımı yalnız belə qaytarmaq olar

NATO Krımın Ukraynaya qaytarılmasına yardım edə bilər, lakin təlimlər və sammitlər buna kifayət etmir.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin keçmiş rəhbəri, general Vasili Vovk deyib.

“Krım platforması” – toplantılar, kofe fasilələri, çıxışlar, mesajlar, millətçi şüarlar, Qərbin dəstəyi və s… Belə intellektual platforma bizə Krımı azad etməyə yardım edəcəkmi? Cavab verirəm: Xeyr!”, – deyə Vovk bildirib.

O əlavə edib ki, Ukraynaya yalnız NATO-nun hərbi müdaxiləsi yardım edə bilər.

Hamısını Göstər

Related Articles

Back to top button