UNEC-in əməkdaşları Türkiyədə mübadilə proqramında iştirak ediblər

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları Pərvin Paşayeva və Günay Tahirli Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində təcrübə mübadiləsində iştirak ediblər.

Bu barədə  Polise.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Dumlupınar Universitetinin Beynəlxalq əlaqələr ofisində, bir sıra fakültələrində, eləcə də Magistratura və Doktorantura Təhsili İnstitutunda görüşlər təşkil edilib. Həmçinin UNEC-in Beynəlxalq əməkdaşlıq departamenti və aidiyyəti fakultələri ilə potensial əməkdaşlıq imkanları, ikitərəfli mübadilə proqramları, elmi jurnallarda birgə nəşrlər, “Erasmus+” layihələrində tərəfdaşlıq və birgə elmi konfransların təşkili haqqında müzakirələr aparılıb. UNEC haqqında təqdimat keçirilib.

Pərvin Paşayeva və Günay Tahirli UNEC-in “Erasmus+” mübadilə proqramı çərçivəsində Dumlupınar Universitetində təhsil alan ikinci kurs tələbəsi Ramin Baxşəliyevlə də görüşüblər.

UNEC əməkdaşlarına mübadilənin sonunda iştirak haqqında proqram sertifikatları təqdim edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button