ÜST-ün rəhbəri: “Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib”
“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, dünyada bir milyard nəfər hələ də peyvənd edilməyib:
“Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”.