Vətən qurbanları, vətən əmanəti

Şükür, vətən uğrunda döyüş bitdi. 44 gün ərzində 2783 şəhid verdik. 2783 nəfər vətən uğrunda özlərini qurban etdi. 1245 nəfər isə yaralanan və əlil olanlardı… Dünya, canını fəda edən qəhrəman döyüşçülərimizin gücü qarşısında ermənilərin Hitler Almaniyası kimi kapitulyasiyaya necə məruz qaldığını gördülər.

Müasir dünyanın mərkəzi yoxdur. Sivilizasiya ilə barbarlıq arasında sərhədlər itdiyindən, bəşəri dəyərlər də vecsiz bir şeyə çevrilib. Hər şeyin qiyməti artdığı bir vaxtda, insanın dəyəri hər gün devalvasiyaya uğrayır.

Dünya həddən artıq səs-küylü bir meydana çevrilib. Bu meydanda cılız dövlətlər də at oynadır. Dünya çönüb, indi dovşanlar aslanlara gülür, əl-qol atır… Arxalı köpəklər qurd basır, çoxalıblar…

Covid-19-un dünyanı əsir aldığı bir vaxtda Ermənistan BMT-nin məlum qətnamələrinə vecsiz bir kağız parçası kimi yanaşır,Azərbaycan xalqının tarıma çəkilən əsəblərini qıcıqlandıran nasistsayaq addımlarını təkrarlayırdı.Tarix heç vaxt Almaniyanın yəhudilərə və SSRİ vətəndaşlarına,Fransanın bir əsrdən çox müddət ərzində müsəlmanlara qarşı vəhşiliyini, ermənilərə isə havadarlığını unutmayacaq. Ermənilər tarixin ləkəli səhifələrindən bac alıb “müəllimlərinin” nəsihətləri ilə ərazilərimizdə həddini aşdılar…

Amma unutdular ki, qisas qiyamətə qalmaz, dövlətin gücü onun iqtisadi potensialındadır. Tarixən güclü dövlətlər müharibələrdə qalib çıxıb. Məğlub tərəf  zəif dövlətlər olub. İmperiyalar tarixdə belə yadda qalıb.

XXI əsrdə dünya Azərbaycan ordusunun modern hərbi texnikasının və taktikasının, döyüşçülərimizin cəsarət və şücaətinin, əsgər məharətinin və qəhrəmanlıqlarının, Hitlersayaq manevr edən ermənilərin isə Hitler kimi də rüsvayçılıqla təslim olmağının şahidi oldular!

 Döyüşən hər bir zabitin və sıravi əsgərin boyuna qurban. Döyüşə başlamasaydılar o əbləh və lənətə gəlmişlər ocaqlarımızda hələ çox oturacaqdılar.

Sizə qurban! Vətənə sədaqət andı içdiyinizə görə biz də adınızı VƏTƏN-deyə çağırdıq. Xalqdan ruh aldınız, Komandanlığın çağırışlarına və tapşırıqlarına yüksək məsuliyyətlə yanaşdınız, canınız və qanınızla göstərilən etimada və  etibara dəyər verdiniz.

Bu gün hər biriniz vətənin Xan Döyüşçüsü, Xan Əsgəri kimi ürəklərdə yaşayırsınız və yaşayacaqsınız. Duydunuz ki, döyüş o qədər də çətin deyil, uzağı ölüm var-düşündünüz. Vətən, qeyrət və iffət yolunda ölməyi şərəf sanıb, vətənə əmanət olaraq mübarək bir qələbənin sahibinə çevrildiniz! Torpaqlarımız özümüzünküləşdi!

Eşq olsun Azərbaycanın Ali Baş Komandanına, hərbi komandanlığa, döyüşçülərimizə-Sizə! Qeyrətiniz və igidliyinizlə başımızı Sidrətül Müntəhaya-Ən uca üfüqə ucaltdınız (Quran kəlamı).

Tarixdən bəllidir ki, adımız“Odlar Yurdu”-deyə çağrılıb. Siz həm “od“oldunuz, həm də “ocaq”. Tanrı mükafatınızı inşəallah verəcək. Hər birimizin varlığı vətənlə bağlıdır.  Bu varlığın ürəyi də, bədəni də döyüşən ordu-Sizsiniz! BOYUNUZA QURBAN əziz DÖYÜŞÇÜLƏR! Qoy meydan həmişə qoç igidlərin olsun. Qorxaqlar və ürəksizlər isə yorğan-döşək düşkününə çevrilsinlər.   

Yadıma Çingiz xanın bir deyimi düşdü: “Türklər savaşmağa başlasa, şeytanı da cəhənnəmdə əsir götürər” Azərbaycan döyüşçüləri əsrlər öncə deyilən bu müdrik kəlamın həqiqiliyini dünyaya, daha çox ermənilərə və onların “dayılarına” əyani şəkildə, canı və qanı bahasına sübut etdilər .  

Mən, Azərbaycanın cənub bölgəsində anadan olmuşam. İbtidai təhsilimi Masallının Qodman kəndində, tam orta təhsili isə Masallı şəhər N.Nərimanov adına 2 saylı məktəbində almışam. Həmyerlilərimin döyüşdə iştirakından qürur duydum, şücaətlərindən qanadlandım. Şəhidlik zirvəsinə ucalmaqlarından kövrəlsəm də üzülmədim.“Şəhidlər hər zaman diridirlər”-düşündüm və səbr dilədim. Şəhidlərimizin qəbrlərindən müşkü-ənbər qoxusu gəlsin-duası ilə …

Ötürülən məlumata görə bütövlükdə cənub bölgəsinin 44 gün ərzində 520 şəhidi olub. O cümlədən: Cəlilabad 135, Biləsuvar 90 şəhid, Masallı 55 şəhid, Lənkəran 70 şəhid, Astara 80 şəhid, Yardımlı 40 şəhid, Lerik 50 şəhid vətənə qurban vermişdir.

Yaşadığım Qodman inzibati ərazinin döyüşdə 30 döyüşçüsü bu gün də vətən borcunu davam etdirirlər. Hər biri yaxın qohumlarım, qonşuları, əzizlərimdir. Tanrı hamını qorusun.(Siyahı)

Qodman
1.Almaszadə Akif  Emin oğlu
2.Ağayev Abbas Ceyhun oğlu
3.Səmədov Elçin Cavid oğlu
4.Səmədov Elşad  Cavid oğlu
5.Həşimov Aqil İltifat oğlu
6.Rəhmətov Valid Cavanşir oğlu
7.Səmədov Ziya Hikmət oğlu
8.Mürşüdov Mehrab Altay oğlu
9.Qafurzadə Xətai Səlim oğlu
10.Ağayev İlkinTofiq oğlu
11.Əzimov Asif Vüsal oğlu
12.Əzimov Fərid Güloğlan oğlu
13. Əliyev Elməddin Şirvan oğlu
14.Əliyev Cəmil İlahəddin oğlu
15.Orucov Azər İsmiəli oğlu
16. Müzəffərov Nurəli Cəmiyyət oğlu
17.İsmayılov Orxan İmran oğlu
18.Səmədov Zəka Tarzan oğlu
19.Babayev Mirayyan Natiq oğlu

Əzizabad kəndi
1.Əfsərli Roman Elçin oğlu.

Məmmədrzaküçə kəndi
1.İbrahimli Orxan Ziyafət oğlu
2.Əlixanlı Tərlan Heybət oğlu
3.İsmayılov Zahir Ramiq oğlu
4.İsmayılov Səbuhi Aqil oğlu
5.Əmirov Aslan Əlipaşa oğlu
6, Yaqubov Bahadur Ağalar oğlu- pol.leyt.
7.Tahirov Cəmil Cəbrayıl oğlu- polkov.hərbi həkim
8.Əmirov Telman  Əmirxan oğlu- gizir
9.Əmirov Rəhman Etibar oğlu- gizir
10.Seydəliyev Ruslan İmamverdi oğlu- gizir
11. Heydərli Elçin Ağaddin oğlu- baş gizir

Masallı rayonu üzrə şəhidlər barədə polise.az-a daxil olan məlumatı- onların adlarını “Siz də tanıyın” –deyə dərc etməyi borc sandım.

Şəmsəddin Əliyev
“polise.az”

Hamısını Göstər

Related Articles

Back to top button