Vaxt çatdı, Qarabağda bu nöqtələrə zərbələr endirilməlidir
Azərbaycan Müdafiə Nazirliyinin üçtərəfli bəyanata əməl edilməməsi haqda bəyanatı, Qarabağda yük maşınlarına görə İrana etiraz notası göstərir ki, Ermənistanın qəbul etdiyi razılaşmaları icra etməsi üçün ayırılan vaxt tamam olub.
Bu fikirləri Axar.az-a açıqlamasında azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Bakı Rusiya sülhməramlılarının press-relizlərində onların müvəqqəti nəzarəti altında olan ərazidə yerləşən Ermənistan silahlı qüvvələrini necə adlandıracağını düşünəcəyi vaxtı gözləmək niyyətində deyil:
“Güman etmək olar ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda qalan hərbi infrastrukturuna nöqtəbənöqtə zərbələr (dronlarla) endirilməsinin vaxtı gəlib çatıb”, – deyə ekspert qeyd edib.