Venesuelada ildırım neft emalı zavodunda yanğına səbəb olub.
Venesuelanın cənununda ildırım neft emalı zavodunda şiddətli yanğına səbəb olub.
“Figaro”-nın xəbərinə görə, hadisə zamanı insan tələfatı baş verməyib və yanğın nəzarət altına alınıb.
Bildirilib ki, ildırım çirkli suların toplandığı hovuzu vurub. Suyun tərkibində neft olduğundan alışma baş verib. Lakin yanğın emal qurğularına təsir etməyib.