Vilayət Eyvazov aparıcıya rütbə verdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tanınmış jurnalistə vəzifə verib.
Əldə edilən məlumata görə, V.Eyvazovun əmri ilə, tanınmış aparıcı Nurlan Əliyevə polis leytenantı rütbəsi verilib.O, Daxili İşlər Nazirliyində vəzifəyə təyin olunub.
Qeyd edək ki, Nurlan Əliyev uzun müddət Azad Azərbaycan Televiziyasında(ATV) müxbir, APA, , Lider, Space Televiziyalarında aparıcı vəzifəsində çalışıb.
