Vladimir Zelenskinin Ramazan bayramı ilə bağlı təklifi alqışlanır

“Ukrayna çoxmədəniyyətli ölkədir, bu ölkədə yaşayan bütün xalqların mədəniyyətinə hörmət göstərməliyik”.

Bu barədə Ukrayna parlamentinin Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Aleksandr Merejko ölkə Prezidenti Vladimir Zelenskinin Ramazan bayramını dövlət səviyyəsində qeyd etməklə bağlı təklifinə münasibət bildirərkən deyib.

Dinşünas Ruslan Xalıqovun fikrincə isə prezidentin bu bəyanatı Ukraynanın bütün vətəndaşlarına hörmət hissindən xəbər verir: “Hələ bir neçə il əvvəl daha çox ortodoks çoxluğu tərəfindən qeyd edilən bayramlar dövlət bayramı qismində tanınırdı. Elə bu yaxınlarda Qriqoryan milad bayramını da həmin siyahıya saldılar. Lakin bütün vətəndaşlara bərabər münasibət daha məntiqli olardı. Yəni ya rəsmi bayram günləri sırasından bütün dini bayramlar çıxarılmalı, ya da müxtəlif dini icmaların bayramları əlavə olunmalıdır”.

Dinşünas alim sözügedən qərarı cəmiyyətdə sosial ədalət, qarşılıqlı hörmət və dözümlülüyün bərqərar olması istiqamətində mühüm addım olaraq dəyərləndirib:

“Sözsüz ki, Prezident V.Zelenski siyasətçidir. Həm Ramazan ayının başa çatması, həm də Krım tatarlarının soyqırımının ildönümü günü ərəfəsində verilən bu bəyanat Ukrayna, o cümlədən Krım müsəlmanlarının rəğbətini qazanmağa yönələn addım kimi də dəyərləndirilə bilər. Hər halda bu bayramın rəsmi təqvimə daxil olunması çoxdandır yetişib, belə bir addım yalnız alqışlana bilər”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button