Xətaidə binası sökülərək yenidən inşa edilən məktəb sabah açılacaq.

Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin binası sökülərək yeni kompleks inşa edilib.

Məktəbin direktoru Nurqələm Bayramova jurnalistlərə açıqlamasında bildirib ki, məktəb sabahdan şagirdlərin ixtiyarına veriləcək:

“Əvvəllər məktəb 1176 yerlik olmasına baxmayaraq, burada 1700-ə qədər şagird təhsil alırdı. Bu da məktəbdə sıxlığa səbəb olurdu. Hazırda isə bu məktəb 4 mərtəbəli, 2256 şagird yerlikdir. Məktəbin ərazisi 20681, kompleksin ümumi sahəsi isə 17701 kv.m-dir. Məktəbdə 78 sinif otağı, 2 informatika, 2 kimya, 2 fizika, 2 biologiya laboratoriyası, 1 hərbi otaq, 2 əmək otağı, 10 (yarımqrup üçün) xarici dil otaqları, geniş kitabxana, yeməkxana, akt zalı, idman zalı, tibb otağı, müəllimlər üçün otaqlar, texniki otaqlar yaradılıb.

İstilik xətləri yenidən qurulub, yeni qazanxana tikilib, 2 su anbarı yaradılıb. Məktəb lazımi mebel, ləvazimat və inventarlarla, dərsliklərlə tam təmin edilib. Məktəbin ətraf ərazisi abadlaşdırılıb, məktəbə uzanan yollar asfaltlanıb, yaxınlıqdakı həyətlərdə istirahət guşələri yaradılıb və idman qurğuları quraşdırılıb”.

O əlavə edib ki, tədris ocağında 136-sı pedaqoji heyət olmaqla 160 nəfər çalışır.

Hamısını Göstər

Related Articles

Back to top button