Xəzər dənizində zəlzələ baş verib
Fevralın 13-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 14:19-da qeydə alınan zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3.4-ə bərabər olub.