“Xameneyinin fətvası Xameneyinin silahlarına qalib gəlib!” – Ərdoğanın baş müşavirindən müdhiş açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.

Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:

“Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, – deyə Küçükyılmaz əlavə edib.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.

O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. 

Hamısını Göstər

Related Articles

Back to top button