Xankəndi sakini: Gənc oğlanlarımız ölümə göndərilir

Erməni anaları övladlarını müharibəyə, ölümə göndərilməsinə son qoymağı tələb edirlər.

Dünən Rusiyanın tanınmış “Dojd” telekanalının efirində Xankəndi sakini olan bir gənc qadın Naxşun Qriqoryanın döyüş əməliyyatlarının ikinci günündə ərinin ölümü barədə danışdığı bir reportaj yayımlanıb. O artıq dərhal orduya çağırılan qardaşı üçün qorxur.

Onun sözlərinə görə, əri hərbçi idi və işğal altında olan Şuşada xidmət edirdi:

“O, Şuşada xidmət edirdi və ön cəbhəyə göndərilməməli idi. Onu qanunsuz olaraq başqa bir yerə göndəriblər və onlar maşında gedərkən türklər (ermənilər azərbaycanlıları belə adlandırır – red.) tərəfindən saxlanılıb və hamısı məhv edilib. Şuşada daha təhlükəsiz idi, mənim ərim qanunsuz olaraq başqa bir yerə göndərilib və onu öldürüblər. Bu necə bir ölkədir? “, – deyə gənc qadın təəccüblənib.

Naxşun Qriqoryanı anası yola salıb və o da qeyd edirdi ki, onun oğlunu da orduya çağrılıblar və o da Azərbaycan Ordusuna qarşı döyüşə göndərilib:

“Mənim oğlum yenicə ordudan qayıdıb və onu dərhal yenidən geri çağırıblar və döyüş postuna göndəriblər”, – deyə N.Qriqoryanın anası bildirib.

“Ərimi müharibənin ikinci günündə öldürüblər. Biz onu dəfn edə bildik. Mən Cermuka gedirəm, anam isə burada ölmək üçün qalır. Qardaşımı burada atmaq istəmir. Burada hər kəs nə istəyirsə, onu da edirlər. Bura kimlər üçünsə müharibə, kimlər üçünsə biznesdir. Cavan adamları ölümə niyə göndərirsiniz? Onsuz da, azərbaycanlılar bizdən güclüdürlər, ancaq bununla belə gəncləri ölümə göndərirlər”, – deyə N.Qriqoryan bildirir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button