Xankəndi yolunda aksiya davam edir

Xankəndi-Gorus dövlətləarası avtomobil yolu artıq 24 saata yaxındır ki, bağlıdır.

Bunu Qarabağdakı separatçı rejim də təsdiqləyir.

Xankəndiyə gedən yolda uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistandan bölgəyə gələnlərin bir hissəsi Gorusda, digər bir qismi Şuşa rayonunun Turşsu kəndində gecələyiblər.

Xatırladaq ki, dekabrın 12-də saat 10:30 radələrində Azərbaycan QHT nümayəndələri Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə gedən yeganə yolu bağlayıb. Onlar Rusiya sülhməramlılarının komandanı A. Volkovun əraziyə gəlməsini tələb edirlər. 

Hamısını Göstər

Related Articles

Back to top button