“XANKƏNDİYƏ DAXİL OLMALIYIQ…” – “O zaman Rusiya imkan vermədi, indi isə…”.

“Azərbaycanla Ermənistan arasında son hərbi toqquşmadan sonra Ermənistan rəsmiləri Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid etməyə başlayıblar. Düşünürlər ki, Rusiya və KTMT işə qarışıb Azərbaycanı durdurmalıdır. Lakin onlar obyektiv olaraq məsələyə qarışmadılar. Çünki təşkilatın Azərbaycanla tərəfdaşlıq münasibətləri var”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, biz həm də sərhədləri müəyyənləşdiririk: “Bu, bizim təbii haqqımızdır. Nikol Paşinyan və hökumət üzvləri Amerikanın ünvanına xoş mesajlar deməyə çalışdılar. Məsələn, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən toplantısına getmədi. Bu, ABŞ-a da bir mesajdır ki, onun düşmənlərinin yanında yer almaq istəmir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana gəldi. Orada Ermənistanın ünvanına dedi ki, Rusiyadan uzaqlaşsa, guya Amerika dəstək verə bilər. Amma ABŞ Ermənistanda Rusiyanı əvəz edə bilməz. Ermənistan tamamilə Rusiyadan asılıdır. Ucuz qaz alır, ucuz və pulsuz hərbi texnika alır, Rusiyanın hərbi bazaları var Ermənistanda, onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruyur. Bütün bunları ABŞ doldurmayacaq. Paşinyan Amerika ilə yaxınlıq istəyirsə, Rusiya onu və Ermənistanı cəzalandıra bilər. Artıq Rusiya mediasında Paşinyan hökuməti əleyhinə sərt tənqidlər səsləndirilir və səsləndiriləcək. Bu vəziyyətdə əgər Rusiya Ermənistanı cəzalandırmaq istəyirsə, bunun ən münasib yolu odur ki, Azərbaycana mane olmasın. O zaman biz Xankəndiyə daxil olub öz qanunlarımızı təmin edə bilərik. Rusiya buna imkan vermədi. Öz silahlı qüvvələrini sülhməramlı adı ilə göndərdi. Amma indi də gec deyil. Əgər Rusiya Azərbaycanla dostluq, tərəfdaşlıq münasibətləri istəyirsə, bizə Qarabağda qayda-qanun yaratmaqda əngəl olmamalıdır. Sərhədlərimizin müəyyənləşməsinə əngəl olmamalıdır. Elə etməlidir ki, 3 ildən sonra öz hərbçilərini geri çağırsın və biz o alternativ yola nəzarət edə bilək”

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button