Xarici media qurumları Bakıdan Xankəndiyə göndərilən humanitar yükün gözlədiyi əraziyə gəlib

Xarici media qurumları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti müşahidə etmək üçün əraziyə səfər ediblər.

Polise.az xəbər verir ki, “Bloomberg“, “BBC“, “Getty İmage” və digər media qurumlarının əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolundakı postuna gəliblər.

Onlar 40 ton un məmulatının Xankəndiyə çatdırılmasına dair son durumla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Ceyhun Mirzəyevdən açıqlama alıblar.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button