XİN rəhbərləri iki ölkənin strateji tərəfdaşlıq əlaqələrini müzakirə ediblər
Mayın 28-də Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
XİN-in Mətbuat xidməti idarəsindən Polise.az -a bildirilib ki, özbəkistanlı nazir Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına təbriklərə görə minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Polise.az