XİN sözçüsü Ayxan Hacızadə Ned Praysa cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Laçın yolu ilə bağlı dediklərinə cavab verib.

Polise.az xəbər verir ki, XİN rəsmisinin Tvitter paylaşımında deyilir:

“Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button