Yaponiya Şimali Koreyanın raket buraxılışına etiraz edib

Yaponiya hökuməti Şimali Koreyaya həyata keçirilən iki ballistik raketin buraxılışı ilə bağlı etiraz edib.

Polise.az  xəbər verir ki, bu barədə Yaponiya Baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

“Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur və ölkəmizin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı ciddi problemdir. Bununla əlaqədar biz Şimali Koreyaya kəskin etirazımızı bildirdik”, – bəyanatda vurğulanır.

Məlumata görə, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşərək 350-400 km məsafə qət edib. Onların uçuşunun maksimal hündürlüyü təxminən 50 km olub.

Hadisə ilə bağlı hər hansı dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan bölgəsindən Yapon dənizinə doğru iki qısamənzilli ballistik raket atıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button