Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb 

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən külli miqdarda – 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib.

Aşkarlanan faktlarla bağlı 26-cı polis bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi polis bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button