Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi

Oxu.Az Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətinə atdığı “Toçka-U” tipli operativ taktiki raketin görüntülərini əldə edib.

Cəbhə xəttinə ezam olunmuş müxbirimizin məlumatına görə, Azərbaycanın Hərbi Hava Qüvvələri həmin raketi göydə zərərsizləşdiriblər. 

Görüntülərdən aydın olur ki, Hərbi Hava Qüvvələri raketin döyüş başlığını zərərsizlədiriblər və qalan hissəsi yaşayış məntəqəsinin bir neçə yüz metrliyində yerə düşüb.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın yaşayış məntəqələrini hədəf seçib. Raketin düşdüyü yerdə Azərbaycana məxsus hərbi obyekt, texnika, o cümlədən, şəxsi heyət yoxdur. 

Hamısını Göstər

Related Articles

Back to top button