Yunanıstan Baş naziri Türkiyəni hədələdi: “Başqa seçim qalmır”

Türkiyəyə qarşı müqavimət göstərən hərbi gücümüz var.

Bu sözləri Yunanıstan Baş naziri Kiriakos Miçotakis “Tayms” qəzetinə yazdığı məqaləsində bildirib.

Miçotakis Türkiyəyə Şərqi Aralıq və Egey dənizlərindəki haqlarından vaz keçmək çağırışı edib və Avropa Birliyinin zirvə toplantısına qədər “hörmətli davranış” sərgiləyəcəyi təqdirdə sanksiyalardan qaça biləcəyini iddia edib.

Onun fikrincə, Türkiyə indiki kimi qərarlılıq nümayiş etdirərsə, AB-nin sankisya qərarı çıxarmaqdan başqa seçimi qalmayacaq.

“Artıq bu məsələ Avropanın həmrəylindən kənara çıxır. Məsələ Avropanın strateji maraqlarının, həyati mənafeyinin təhlükə altında olduğunu qəbul etməklə bağlıdır. Avropa gerçək şəkildə geopolitik gücünü göstərmək istəyirsə, “təcavüzkar” Türkiyəyə güzəştə gedə bilməz”,- Yunanıstan baş naziri məqaləsində qeyd edib.

Təhdidlərdən çəkinməyən Miçotakis bəyan edib ki, Türkiyənin ona tətbiq ediləcək sanksiyalara mane olmaq, geri addım atmaq və bu böhrandan çıxmaq üçün hələ zamanı var: “Türkiyə bəlli dəniz sularından kənar dənizçilik və digər elmi fəaliyyətlərdən qaçmalı, aqressiv ritorikadan imtina etməlidir. Yoxsa, bunun iqtisadi bədəlini ödəməli olacaq”.

Yunanıstanın Türkiyədən gözlənilən hər cür hücumu dəf edəcək hərbi potensialının olduğunu dilə gətirən Yunanıstan baş naziri əlavə edib ki, iki ölkə arasında hərbi qarşıdurmanın yaşanması heç kimin marağına uyğun deyil.

Yunan rəsmisi Türkiyənin davranış üslubunu da tənqid edib: “Döyüşkən üslub, millətçi təbliğat, Rusiyadan alınan silah sistemləri, dünya irsinin məscidlərə çevrilməsi, qanunsuz dəniz fəaliyyətləri və müharibə təhlükəsi… Türkiyə keçmişinin bu üslubundan istifadə edir”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button