Zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət qeydə alınmayıb

Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur.

Polise.az “TRT haber” saytına istinadla xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, kəskin bağırsaq infeksiyası hallarının sayında artım olsa da, epidemiya aşkarlanmayıb. “Qripə bənzər xəstəliklərin sayında artım var. Buna baxmayaraq, epidemiyaya səbəb olacaq vəziyyət qeydə alınmayıb. Fəlakətdən sonra yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə şəxsi gigiyena, suyun dezinfeksiyası ilə bağlı məlumatlandırıcı broşürlər hazırlanıb. Bu xəstəliklər üçün istifadə olunacaq dərmanlar rayona göndərilib”, – Fəxrəddin Qoca vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button