Zəngilanda erməni hərbçiləri ölümə göndərən generalın ümidi boşa çıxdı
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Andranik Makaryana ittiham irəli sürülüb.
Bu barədə “Joxovurd” qəzeti yazıb. Qəzet yazıb ki, Ermənistan İstintaq Komitəsinin hərbi istintaq idarəsi general-leytenantın adını ittiham edilən tərəf kimi cinayət işinin materiallarına salıb.
Qəzet İstintaq Komitəsinə “Qarabağda 44 günlük müharibə ilə bağlı cinayət işi açılıb? Andranik Makaryan ifadə verib?” sualları ünvanlayıb. Komitədən ancaq ikinci sual cavablandırılıb və bildirilib ki, general-leytenat ittiham olunan tərəfdir. Baş Prokurorluq məxfilik prinsipini əsas gətirərək sualı cavablandırmayıb. Xatırladaq ki, Markaryan Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatı imzalamayıb.
Ancaq müharibədəki məğlubiyyətdə onun da rəhbərlik etdiyi idarənin adı hallanır. General Zəngilanda müqaviməti təşkil edə bilməməkdə və çox sayda erməni hərbçinin bu istiqamətdə itkin düşməsində ittiham olunur.
Onların əksəriyyəti indi də itkin düşmüş şəxs hesab olunur. Son günlər erməni mətbuati məhz Makaryanın Baş Qərargah rəisi təyin olunması ehtimalından yazırdı.