Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yuxarı Şilyan kənd
sakini R.Həsənovdan və Bıçaqçı kənd sakini H.Qurbanovdan müvafiq sənədləri
olmayan ov silahları aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.