Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Z.Aslanov adına Gödəkqobukənd tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizməqarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı İkram Əhmədov
çıxış edərək cəmiyyətin ən böyük probleminə çevrilən “ağ ölümün” fəsadlarından
danışıb. O, bildirib ki, bu zərərli maddələrin aludəçisinə çevrilən gənclər öz
sağlamlıqlarını itirməklə yanaşı, parlaq gələcəklərini də məhv edirlər. Buna görə
də, cəmiyyətin hər bir üzvü bu maddələrin yayılmasının qarşısının alınması
istiqamətində aparılan profilaktiki işlərdə fəallıq göstərməli, ətrafında zərərli
vərdişlərə qurşanan şəxslərin normal həyata qayıtmasında öz köməkliyini
əsirgəməməlidir.
Görüşdə dini radikalizm və erkən nikah mövzusuna da toxunulub və tədbir
iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.