Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Üçüncü Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 ton 400 kiloqram olan 3756 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.