Zaqatalada qanunsuz ov edən qohumlar saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən
şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, araşdırma zamanı onların rayon sakinləri, qohumlar-İlqar Bayramov və
Bəxtiyar Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq
sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də
ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.
İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi
qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Sinxron-İlqar Bayramov

Hamısını Göstər

Related Articles

Back to top button