Zelenski: “Bu gün ədalətdən yox, gücdən danışırıq”

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizlik zəmanətləri mövzusunda sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırkı mərhələdə beynəlxalq münasibətlərdə əsas meyar dəyərlər deyil, gücdür.

Zelenski bildirib ki, əgər söhbət ədalət, dəyərlər və beynəlxalq hüquqa hörmətdən getsəydi, Rusiya Ukraynanın suveren ərazisinə müdaxilədən dərhal sonra qəti şəkildə cəzalandırılmalı idi. Lakin bu baş verməyib və reaksiyalar əsasən söz səviyyəsində qalıb.

“Bu zaman göstərdi ki, təəssüf ki, bugünkü reallıqda yalnız gücə hörmət edilir, dəyərlərə yox”, – deyə Ukrayna lideri vurğulayıb.

Prezident qeyd edib ki, məhz bu səbəbdən Kiyev indi hüquqi baxımdan məcburi və real təhlükəsizlik zəmanətləri tələb edir. Onun sözlərinə görə, bu zəmanətlər formal sənəd olmayacaq və “Budapeşt Memorandumu” kimi kağız üzərində qalmamalıdır.

Zelenski əlavə edib ki, Ukraynanın mövqeyi dəyişməzdir: ölkə təhlükəsizliyini yalnız real və işlək mexanizmlər təmin edə bilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də daha öncə çıxışlarında dünyada güc faktorunun ön plana çıxdığını, beynəlxalq hüququn artıq işləmədiyini bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button