Zelenski gələn həftə Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Polise.az  xəbər verir ki, bu barədə ABŞ-nin NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, Vladimir Zelenski səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Görüşün Nyu-Yorkda və ya Ağ Evdə keçiriləcəyi hələki məlum deyil.

Qeyd edək ki, Zelenski sonuncu dəfə Co Baydenlə bu ilin iyulunda NATO-nun Vilnüs sammiti çərçivəsində, Litvada görüşüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button