Zelenski G7 sammitində iştirak edə bilər
Yaponiya hökuməti Ukrayna Prezidenti Vladimir Zelenskini G7-nin 49-cu sammitinə dəvət etməyi düşünür.
Sammit mayın 19-21-də Xirosimada keçiriləcək.
Qeyd olunur ki, Dördtərəfli Təhlükəsizlik Dialoqu üzrə danışıqlar aparmaq üçün qarşıdakı sammitə Hindistanın baş naziri Narendra Modi və Avstraliyanın baş naziri Entoni Albaneze də dəvət oluna bilər.
Bundan əvvəl, yanvarın 7-də bildirilmişdi ki, Yaponiya hakimiyyəti Cənubi Koreya prezidenti Yun Sok Yol, eləcə də Avstraliyanın baş naziri Entoni Albaneze G7 sammitinə dəvət etmək niyyətindədir.