Zelenski ilə Ərdoğan arasında təkbətək görüş keçiriləcək

Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün Türkiyəyə səfəri baş tutacaq.

“TRThaber” məlumat verir ki, V. Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş İstanbulda baş tutacaq.

Xəbərdə həmçinin qeyd olunur ki, sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək.

Şuranın toplantısı çərçivəsində iki ölkə arasında müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələləri müzakirə ediləcək.

Toplantıda həmçinin Krım tatar xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlik ortaq layihələr barədə də fikir mübadiləsi aparılacaq.

Hamısını Göstər

Related Articles

Back to top button