Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünün şərtlərini açıqlayıb

Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün həm Ukrayna, həm də Avropa İttifaqı buna hazır olmalıdır.

Polise.az  xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına daxil olması zamanın işidir: “İndi əsas məqsəd 2023-cü ilin sonuna kimi üzvlüklə bağlı danışıqlara başlamaqdır”.

Prezident deyib ki, bu gün Kiyevdə baş tutan Aİ Nazirlər Şurasının iclası zamanı belə bir məqsədin tamamilə mümkün olduğunu eşidib.

“Ukrayna öz üzərinə düşən işi – Avropa Komissiyasının yeddi tövsiyəsini mütləq yerinə yetirəcək. Çox vacibdir ki, danışıqların başlanğıcında Avropa İttifaqı tərəfindən Ukrayna ilə bağlı siyasi qərara oxşar hazırlıq olsun”, – deyə Zelenski əlavə edib.

Qeyd edək ki, ötən il Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verilib. Bundan sonra Ukraynaya üzvlük üçün yerinə yetirilməli olan bir sıra şərtlər qoyulub. Ukrayna indi ilin sonuna qədər Aİ ilə üzvlük danışıqlarına başlayacağını gözləyir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button