Zelenskidən növbəti müraciət: “Hücuma keçin!”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının nəzarətinə keçmiş ərazilərdə yaşayan əhalini düşmənlərlə mübarizəyə çağırıb.
“Donbas! Barəndə deyilənləri xatırla: “Donbasa heç kim diz çökdürə bilməyib! Heç kim də diz çökdürə bilməz! Bu sözləri Donetsk və Luqanskda hər kəs bilir. Bunu tez-tez təkrarlayıblar. Bəs indi? Donbas, indi əsl vaxtıdır!”, – deyə V.Zelenski qeyd edib.
V.Zelenski əhalini azadlığı uğrunda mübarizəyə səsləyib.
“Hüquqlarınız, azadlığınız uğrunda mübarizə aparın! Xersonla birlikdə, Berdyanskla birlikdə, Kiyevlə və həyatı qiymətləndirən, ondan qorxmayan bütün digər Ukrayna şəhərləri ilə birlikdə mübarizə aparın!”, – deyə Ukrayna lideri qeyd edib.