Əliyevlə Nikol arasında təkbətək görüş?.. – Şərh

Qarabağın gələcək taleyilə bağlı məsələlər həllini tapmalıdır.

Bunu yanvarın 11-də Moskvada baş tutması ehtimal olunan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş zamanı hansı məsələlərin müzakirəyə çıxarıla biləcəyi barədə danışarkən politoloq İlqar Vəlizadə bildirib.

“Tərəflərin görüşəcəyi elan olunub, amma hər halda bu, təkbətək görüş olmayacaq. Daha çox üçtərəfli görüşün ola biləcəyindən danışmaq olar. Görüşün ayrı-ayrılıqda Putin-Əliyev və Putin-Paşinyan formatında baş tutması da mümkündür. Bu ehtimal daha böyükdür. Hər şey gündəlikdən, görüşün tərtibindən asılıdır. Bu görüşlər əsasında region üçün hansı gündəliyin müəyyən olunacağını isə indidən söyləmək olmaz”, – deyə politoloq qeyd edib.

Vəlizadə artıq region üçün postkonflikt dövrünün başladığını da vurğulayıb:

“Bu dönəmdə bir çox məsələlər, o cümlədən Qarabağın taleyilə bağlı məqamlar öz həllini tapmalıdır. Yəqin, Putin cəhd göstərəcək ki, Qarabağın gələcək taleyilə bağlı məsələlər Paşinyanla da müzakirə olunsun. Amma fikrimcə, Azərbaycan Prezidentinin bununla bağlı fərqli fikri olacaq. Artıq bütün ərazilər üzərində suverenliyimizi bərpa etmişik. Bir sözlə, Paşinyanla İlham Əliyev arasında təkbətək görüşün olacağını düşünmürəm. Amma Paşinyanın bununla bağlı istəyi ola bilər”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya liderinin 11 yanvarda Moskvada görüşəcəyi barədə qeyri-rəsmi məlumat yayılıb.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close