Ərəblərin Azərbaycanda qanunsuz quş ovlaması ilə bağlı araşdırma aparılır

Tovuzda xarici turistlərin qanunsuz ov etdiyi iddia olunur.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, ərəb turistlər bəzgək ovlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar:

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Hamısını Göstər

Related Articles

Back to top button