Ərdoğan xəbərdarlıq etdi: ABŞ təminat verdi
ABŞ-ın Dədəağacdakı hərbi varlığı Türkiyə üçün təhdid yaratmır.
Bunu ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett deyib.
“ABŞ-ın Yunanıstanla eyni strateji maraqları mövcuddur. Ancaq ABŞ və Yunanıstanın Şərqi Makedoniya və Trakiyadakı tərəfdaşlıq əlaqələri Türkiyə üçün təhlükə yaratmır”, – səfir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında G-20 sammitində məsələ ilə bağlı amerikalı həmkarı Co Bayden və Fransa lideri Emmanuel Makronla danışdığını deyib. Ərdoğan həmkarlarına Dədəağacda hərbi bazanın yaradılmasının Türkiyə xalqını ciddi mənada narahat etdiyi çatdırıb.