Ərdoğandan Baydenin Putinlə bağlı fikirlərinə reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin Rusiya başçısı Vladimir Putinlə bağlı ifadələrinə görə onu qınayıb.

“Haber Global” məlumat verir ki, o, bir dövlət başçısının belə ifadələr işlətməməli olduğunu deyib.

“Bir dövlət başçısına belə ifadələr yaraşmır. Putin kimi bir dövlət başçısına belə sözlər deyilməməlidir. Məncə, Putin çox ağıllı cavab verməklə lazım olanı edib”, – deyə Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ-dakı seçkilərə müdaxilə cəhdinə görə “cavab verməli olduğunu” deyib. O, Putinin “qatil” olub-olmadığına dair suala müsbət cavab verib.

Hamısını Göstər

Related Articles

Back to top button