Əfqanıstana yeni şok: İŞİD prezident sarayını ələ keçirmək istədi

Taliban sözçüsü Süheyl Şahin yeni bir hökumətin qurulması üçün daxili məsləhətləşmələrin və danışıqların sona çatdığını, hökumətin hazır olduğunu və bir neçə gün ərzində açıqlanacağını bildirib.

O, artıq nazirlərin təyin edildiyini bildirsə də, yeni hökumət başçısının adını açıqlamayıb.

Talibanın heç bir terror qruplaşmasının Əfqanıstanda terror aktı həyata keçirməsinə imkan verməyəcəyinə dair verdiyi sözü yerinə yetirə biləcəyi ilə bağlı suala Şahin hərəkatın üzərinə götürdüyü öhdəliklərə nail ola biləcəyini vurğulayıb.

Taliban sözçüsü qadın haqlarını qoruyacaqlarını da diqqətə çatdırıb:

“Qadınların təhsil və iş haqlarına hörmətlə yanaşacağıq. Ancaq müsəlman qadın olaraq şəriət qaydalarına riayət etməlidirlər”.

O, artıq qadın jurnalistlərin işlərinə döndüklərini söyləyib.

Talibanın ötən həftə qadınları dəmir zəncirlə döyərək nümayişləri dağıtması ilə bağlı xəbəri şərh edən Şahin bunları deyib:

“Dəmir zəncirlər? Heç vaxt. Ancaq bir qrup qadın prezident sarayına girməyə çalışdı. Saray mühafizəçiləri İŞİD-in “Xorasan” qruplaşmasının üzvlərinin özlərini qadın kimi göstərərək terror aktı törətmək niyyətində olduğunu düşündülər. Təşkilatın saraya çatdığını düşündük”.

İranın Fatimiyyun Briqadasını Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaniyə Talibanla mübarizədə kömək etməyi təklif etməsi ilə bağlı suala cavab verən Süheyl Şahin bunun tam əksinin olduğunu bildirib:

“İrandan bunu istəyən Qani idi. İran artıq Fatimiyun Briqadasını Suriyadan Əfqanıstana göndərməyəcək. Ancaq bəzi ölkələr Əfqanıstanda vətəndaş müharibəsini yenidən alovlandırmaq istəyirlər”.

O, Talibanın Əl-Qaidə ilə əlaqəsi haqqında bunları söyləyib:

“Uzaqdan görünən və gerçəklər bir-birindən çox fərqlidir. Heç vaxt heç bir təşkilatın Əfqanıstandan heç bir ölkəyə qarşı istifadə etməsinə icazə verməyəcəyik. Bu, Əl-Qaidəyə də aiddir. Bu məsələdə heç kimə imtiyaz yoxdur”.

Talibanın İŞİD-in varlığını qəbul edib-etməyəcəyi sualını cavablandıran Şahin Əfqanıstanın ABŞ-ın işğalı altında olduğu bir vaxtda sözüfedən təşkilatın rolunun olduğunu, amma hazırda buna heç bir əsasın olmadığını vurğulayıb. O qeyd edib ki, indi İŞİD-in davranışları İslam baxımından haramdır.

Hamısını Göstər

Related Articles

Back to top button