Əfqanıstanda kəskin hava şəraiti 104 nəfərin həyatına son qoyub
Güclü qar və şaxta Əfqanıstanda iki həftə ərzində uşaqlar və qadınlar da daxil olmaqla, 104 nəfərin həyatına son qoyub.
Polise.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib.
Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.
Yanvarın əvvəlindən Əfqanıstanın bəzi rayonlarında kəskin soyuq hava şəraiti müşahidə edilir. Nəticədə temperatur mənfi 30 dərəcəyədək düşüb.