Əlixanovdan polyak generala cavab: Müharibə ssenarisi…

Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov Polşa Quru Qoşunlarının sabiq komandanı, general Valdemar Skşipçakın Rusiya ilə NATO arasında Kalininqrad müharibəsinin mümkün ssenarisi haqda sözlərini şərh edib.

O, bu barədə “Komsomolskaya pravda” nəşrinə açıqlamasında deyib.

Əlixanov Baltikyanı ölkələri daxili iqtisadi problemlərə daha çox diqqət yetirməyə çağırıb:

“Onların yerində olsaydım, bütün işləri birgə sərhəd proqramları çərçivəsində davam etdirərdim”.

Qeyd edək ki, Skşipçak “münaqişə baş verərsə, Kalininqrad regionu Baltik dənizinə və Polşa ovalığına, yəni Mərkəzi və Qərbi Avropaya “qapı” olacaq. Rusiya ordusu Baltik donanması ilə əməkdaşlıq etsə, Baltikyanı ölkələri 2-4 gün ərzində ələ keçirə biləcək” sözləri ilə gündəmə gəlmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button