Ərdoğan Bəşər Əsədlə görüşəcəyini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı hakimiyyətin başçısı Bəşər Əsədlə görüşə biləcəyini söyləyib.
Hurriyyet.az xəbər verir ki, Ərdoğan Rusiya-Türkiyə-Suriya olaraq bir prosesə başladıqlarını deyib.
“Xarici işlər nazirlərimiz görüşəcək, sonra da baş verənlərə görə lider olaraq bir araya gələcəyik”, – o bildirib.