Ərdoğan: “NATO sammiti Türkiyə üçün böyük diplomatik qələbə oldu”

“Müxalifət buna kölgə salmağa çalışsa da, NATO sammiti Türkiyə üçün böyük diplomatik qələbə oldu”. 

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən NATO sammitinin sonunda media nümayəndələrinə müsahibə verərkən deyib.

“NATO tarixində ən mühüm sammitlərdən birini uğurla həyata keçirdik. NATO-nun Avro-Atlantik coğrafiyanın təhlükəsizliyində oynadığı əsas rolu bir daha təsdiqlədik. Madrid sammiti bu kritik dövrdə birlik və həmrəylik mesajını çatdırmaq üçün mühüm fürsət yaratdı. Sammitdə biz NATO-nun məqsədlərini müəyyən edən və qarşıdakı dövrdə görüləcək işlərə istiqamət verəcək yeni Strateji Konsepsiyanı qəbul etdik”.

Hamısını Göstər

Related Articles

Back to top button