Ərdoğan: “Taxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq”
Taxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe iqamətgahında Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən taxıl dəhlizi müqaviləsinin imzalanma mərasimində çıxış edərkən bildirib.
Dövlət başçısı taxıl sazişini ərzaq böhranının həlli üçün vacib addım adlandırıb.
Ərdoğanın sözlərinə görə, daşınma prosesini əvvəldən sonadək İstanbulda qurulacaq müştərək koordinasiya mərkəzi idarə edəcək.