Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Düşmən tərəfindən Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda dörd cinayət işi aparılır”.

Bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib:

“Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyənləşdirilir”, – o qeyd edib.

K.Əliyevin sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır:

“Bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi aşkarlanıb. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button