14 ədəd yeni hücum təyyarəsi Ukraynaya çatdı

Ukrayna Şərqi Avropadan olan tərəfdaşlardan 14 ədəd hücum və hava dəstək təyyarəsi olan “Su-25” tipli döyüş təyyarəsi alıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, “Su-25” tipli hücum təyyarəsi gecə və gündüz saatlarında döyüş meydanında quru qoşunların birbaşa dəstəklənməsi, həmçinin istənilən hava şəraitində və günün istənilən saatında ona ötürülmüş koordinatların məhv edilməsi üçün nəzərdə tutulub.

Hamısını Göstər

Related Articles

Back to top button