156 və 156A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir

Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus” markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.
Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Polise.az



