1975-ci il SSRİ Baş Qərargahının xəritəsi: Qaragöl və ətrafı… – Şok faktlar

Bu, paradoksdur. Müasir dünyanın reallıqları fonunda beynəlxalq hüququn işləmədiyinin, haqq-ədalətin olmadığının şahidi oluruq. Bu gün güclüsənsə, haqlısan məntiqi işləyir. Buna təəcüblənməmək də olmaz.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, dünyanın ən aparıcı təşkilatı olan BMT 30 il verdiyi qətnamələrin taleyi ilə maraqlanmır: “Bu Ermənistan kimi ölkələrdə də bir arxayınçılıq sindromu yaradır. İşğalçı cəzalanmadığı müddətcə daha geniş cinayətlərə şirniklənir. Təsadüfi deyil ki, Paşinyan və onun müdafiə naziri “yeni ərazilər uğrunda, yeni müharibəyə başlayacaqlar” fikrini dövriyyəyə buraxmışdı. Bu da beynəlxalq hüququn işləməməsinin nəticəsi idi. Ermənilər bu gün sərhəd insidenti fonu yaratmağa çalışır. Düşünürlər ki, bununla beynəlxalq ictimaiyyəti aldatmağa nail olacaqlar. Elə bir təəsürat yaradırlar ki, guya Azərbaycan Ermənistan sərhədlərini pozur. Hay-həşir qoparırlar ki, onların bu yalanına kimlərsə inansın. Faşist Gebbelsin məntiqindən çıxış edərək yalanı daha çox tirajlamaqla onu daha çox inandırmağa çalışırlar”.

Deputat sadalayıb ki, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur: “Azərbaycan öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını həyata keçirir. Ermənistanla sərhəddə olan ərazilər də Azərbaycana məxsusdur. Sadəcə olaraq Ermənistan son 30 ildə dəfələrlə öz sərhədlərini önə çəkməyə çalışıb. Amma 1975-ci ilin SSRİ-i silahlı qüvvələrinin baş qərargahının geniş miqyaslı xəritəsi var. Burada Qaragöl, onun ətrafındakı ərazilərin Azərbaycana məxsusluğu göstərilib. Eyni zamanda 1975-ci ATƏT-in Helsinki Yekun Aktı qəbul edilib. Bu Aktın 10 prinsipindən birincisi ərazi bütövlüyü məsələsidir”.

Elman Nəsirov sadalayıb ki, Azərbaycan məsələlərin dinc yolla həllində maraqlıdır: “Azərbaycan tərəfi Ermənistanla delimitasiya və demarkasiya ilə bağlı danışıqlara, sülh müqaviləsi imzalamağa hazırdır. Amma erməni tərəfi təxribatlardan əl çəkməsə Dəmir Yumruq yerindədir. Qardaş Türkiyənin Nəqliyyat nazirinin cənab Prezidentə simvoluk olaraq təqdim etdiyi qılınca da Dəmir Yumruqla eyni mahiyyət kəsb edir. Dövlətimiz hər zaman sülhə sadiqdir. Amma lazım gələrsə, Dəmir Yumruq və qılınc yerindədir”.

Hamısını Göstər

Related Articles

Back to top button